Xəbər lenti

TANAP-ın tikintisində problem yoxdur - Vaqif Əliyev
Ölkə06:20 02.05.2016

TANAP-ın tikintisində problem yoxdur - Vaqif Əliyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Neftin qiymətinin aşağı olmasına baxmayaraq, Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi proqnozlaşdırılan qrafik üzrə davam etdirilir.

Qaynarinfo.az xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev “Natural Gas Europe” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, yaxına aylar ərzində Dünya Bankı və Avropa İnvestisiya Bankı layihəyə 2,13 mlrd. dollar kredit ayıracaq. "Vəsait TANAP-da 30%-lik paya malik olan Türkiyənin BOTAŞ şirkətinə ayrılacaq və kəmərin 780 kilometrlik hissəsinə investisiya ediləcək", - deyə V. Əliyev qeyd edib.

 SOCAR rəsmisi bildirib ki, TANAP-ın tikintisinin maliyyələşdirilməsində heç bir maneə yoxdur.

Qaynarinfo.az