Xəbər lenti

Tanınmış alim dərsdə vəfat etdi - Bakıda
Ölkə08:03 13.10.2016

Tanınmış alim dərsdə vəfat etdi - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakıdakı universitetlərdən birində ölüm hadisəsi baş verib.

Qaynarinfo.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Biznes Universitetində dərs deyən tanınmış alim, professor Qüdrət Əbdülsəlimzadə dərs zamanı auditoriyada vəfat edib.

Qeyd edək ki, Q.Əbdülsəlimzadə 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının sədri olub. O, Bakı Metropolitenində rəhbər vəzifədə çalışıb və daha sonra pedoqoji fəaliyyətə keçib.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Universitetində də müəllim dərs prosesi zamanı vəfat etmişdi.

Qaynarinfo.Az