Xəbər lenti

Tanınmış alim vəfat etdi
Ölkə14:07 08.01.2020

Tanınmış alim vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseyn oğlu Əliyev vəfat edib.
Qaynarinfo azvision.az-a istinadən xəbər veriri ki, professor 84 yaşında dünyasını dəyişib.
Vəli Əliyev 1936-cı ildə Şəki rayonunun Daşbulaq kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1994-cü ildə professor elmi adını almış, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.
V.Əliyev Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın müəllifidir. Onun Azərbaycanın qədim tarixinin arxeoloji tədqiqi sahəsinə həsr olunmuş "Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti”, "Qədim Naxçıvan”, "Ağsunun tarixi səhifələri”, "Naxçıvan Azərbaycanın tarixi diyarıdır”. "Gəmiqaya”, "Naxçıvanın Qədim qala şəhərləri”, "Qədim Qarabağ” kitabları və digər bu kimi əsərləri elmi ictimaiyyətin dərin rəğbətini qazanıb. Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 15 fəlsəfə doktoru hazırlanıb.