Xəbər lenti

Tanınmış aparıcının nənəsi koronavirusdan vəfat etdi (FOTO)
Ölkə09:25 18.07.2020

Tanınmış aparıcının nənəsi koronavirusdan vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aparıcı Günay Yelmarqızının nənəsi rəhmətə gedib.
Qaynarinfo xəbər verir ki, 87 yaşlı mərhum koronavirus infeksiyasına yoluxubmuş. Bu haqda Günay özü məlumat verib.
"Həmişə soruşurduz, koronavirus yaxınlarınızdan kimisə aparıb? Məndə apardı. Ən doğmamı, uşaqlığımın son yadigarı olan nənəmi məndən aldı. Güclü, qoçaq, gözəl nənəm 87 il həyatın bütün çətinliklərindən üzüağ çıxmışdı. Amma virusa qalib gələ bilmədi. Səni bağışlamayacam, bu qədər çətinlikləri aşıb, bircə virusa məğlub olduğun üçün. Əlvida, mənim mələk nənəm" deyə, Yelmarqızı bildirib.