Xəbər lenti

Tanınmış asrtoloq bürclərin sürüşməsinə "nöqtəni qoydu": "Kimin hünəri varsa..."
Ölkə07:49 08.09.2016

Tanınmış asrtoloq bürclərin sürüşməsinə "nöqtəni qoydu": "Kimin hünəri varsa..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Astroloq Səbuhi Rəhimli NASA-nın bürclərin 13 olduğunu elan etməsi barədə məlumata münasibət bildirib. Qaynarinfo.Az xəbər verir ki, S.Rəhimli "Facebook" səhifəsində bununla bağlı status yazıb.

"Görəsən 2004-cü ildə tamamilə iflasa uğrayan "bürclərin sürüşməsi" mövzusu bu gün nədən yenidən gündəmə gəlib. Oxucuların yaddaşı silinməyib axı - yəni, bütün dünya mediasının gündəmini tutan o xəbəri heç kim xatırlamır? 2000-ci ildə ABA kanalında astrofiziklərimiz bu barədə sual verəndə yetərli cavab da vermişdim. İndi mən deyirəm Günəş Qız bürcündədir, hansısa astrofizikin hünəri çatırsa, təkzib etsin.

1989-cu ildə ortaya atılan bu primitiv fikir zaman-zaman təkzib olundu, 2004-cü ildə isə alman alimləri nöqtəni qoydu..."

Qaynarinfo.Az-a açıqlamasında isə astroloq bildirib ki, əslindəbürclərin sayı 88-dir: "Sadəcə olaraq, Günəş onların 12-sindən keçir".

Qızılgül

Qaynarinfo.Az