Lider TV-nin müxbiri vəfat edib.
Ölkə.az xəbər verir ki, Lider TV-nin tanınmış müxbiri İlqar Qulusoy bu gün saat 19:00 radələrində dostları ilə futbol oynadığı zaman qəflətən ürəktutmasından vəfat edib. Həkimlərin bütün səylərinə baxmayaraq İlqar Qulusoyu həyata qaytarmaq mümkün olmayıb.
Qaynarinfo.az-ın kollektivi həmkarımızın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət etsin!
Qaynarinfo.az