Xəbər lenti

Tanınmış azərbaycanlı jurnalistin evində FACİƏ
Ölkə05:33 17.07.2014

Tanınmış azərbaycanlı jurnalistin evində FACİƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ayaz Nizamioğlunun azyaşlı övladı eyvandan yıxılaraq dünyasını dəyişib.

Rey Kərimoğlunun Milli.Az-a verdiyi məlumata görə, dünən axşam Azərbaycanın tanınmış jurnalisti Ayaz Nizamioğlunun Maqsud adlı üç yaşlı oğlu yaşadığı mənzilin dördüncü mərtəbəsindən yıxılıb.

Yaxınları uşağı dərhal Respublika neyrocərrahiyyə xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb!

Bu gün Maqsudu İsmayıllı rayonunun Səngəlin kəndində dəfn ediblər. Şənbə günün Bakıda yas mərasimi olacaq.

Xatırladaq ki, əvvəllər ANS kanalında çalışan A.Nizamioğlu hazırda Azərbaycan Jurnalistlər Şəbəkəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəridir.

Allah rəhmət eləsin!

Qaynar.info