Xəbər lenti

Tanınmış azərbaycanlı modelyer xəstəxanaya yerləşdirildi
Ölkə13:12 03.12.2018

Tanınmış azərbaycanlı modelyer xəstəxanaya yerləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. 
Qayanrinfo-nun oxu.az-a istinadən məlumatına görə, prosesə sədrlik edən hakim Mirzə Xankişiyev bildirib ki, zərərçəkmiş şəxs qismində tanınan L.Əhmədova məhkəməyə ərizə ilə müraciət edərək, səhhətində problem yarandığını, xəstəxanaya yerləşdirildiyini bildirib. Bu səbəbdən o, məhkəmə iclasına gələ bilməyib. 
Hakim qeyd edib ki, zərərçəkmiş şəxsin və ya nümayəndəsinin iştirakı olmadan iclas aparıla bilməz. 
Buna görə məhkəmə iclas dekabrın 12-dək təxirə salınıb. 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!