
Artıq isti yay günlərini yaşayırıq. Yay fəslini qısaca bu kəlimələrlə ifadə etsək yalan olmaz: dəniz, günəş, qum...
Geyimləri və rəngləri də unutmayaq. Hansı ki, hər fəslin öz rəngi və geyim stili var.
"Qaynarinfo.Az" mövzu ilə bağlı tanınmış xanımlar arasında yay fəslində hansı rənglərə üstünlük verdikləri ilə bağlı sorğu keçirib:
APA Holdingin Direktoru Vüsalə Mahirqızı gündəlik geyimlərində klassik üsluba üstünlük verdiyini bildirib: "Həftə sonları və səyahətlərdə isə idman üslubunda geyinirəm. Bütün aylarda daha çox tünd rənglərə üstünlük verirəm. Fikrimcə, klassik üslubun rəngi tünddür".

Prodüsser Təranə Səmədova: "Çalışıram tünd rəngli geyimlər geyinməyəm. Bir az rəngli geyimləri sevirəm, amma çox da "qışqıran" rənglər mənlik deyil. Göy, yaşıl geyinə bilərəm. Çəkimlə bağlı al-əlvan rənglərdən istifadə etmirəm. Çimərliyə gedəndə də, çimərlik geyiminin üzərinən bir şey geyinirəm".

Dövlət Avtomobil Nəqliyyati Xidmətinin mətbuat katibi Şəfa Memhanqızı: "Yayda daha çox açıq rəngli və rahat geyimlərə üstünlük verirəm. Ağ rəngli yay libasları qardirobumda daha çoxdur".

Teleaparcıcı, aktrisa Aysel Nazim: "Məncə yayda qara rənglərdən qaçmaq lazımdır. Əlvan rənglər geyinilməlidir. Havalar isindikcə qardirobumdan şalvarı çıxardıram. Yayda daha rahat geyimlər seçirəm. Ətək, şortik kimi".

Rəqqasə Aytən isə özünə yaraşan rənglərə üstünlük verdiyini deyib: "Daha çox ağ rəngdən istifadə edirəm, amma qaranı da sevirəm. Adətən açıq rənglərdən istifadə edirəm. Çalışıram şalvardan istifadə etməyəm. Çünki isti havada şalvar geyinmək mümükün olmur. Yayda tünd rənglər istifadə olunmamlıdır, amma mən istifadə edirəm. Mənə nə yaraşırsa, onu geyinirəm. Uzun da geyinirəm, qısa da, şortik də".

Aktrisa Çimnaz Sultanova deyib ki, getdiyi məkanlardan asılı olaraq rəng seçimi dəyişir: "Hara gedirsənsə bədəninə, yaşına uyğun geyim seçməlisən. Yayda heç vaxt geyinmədiyim və geyinməyəcəyim şey cins şalvardır. Şalvar seçimi etsəm də, sərin matriallı şalvarlardan istifadə edirəm. Rəng də bir-birini tamamlamalıdır. Ayaqqabı rənglərində ət və bej rənglərinə üstünlük verirəm. Bu rəngli ayyaqabılar həm ayağı gözəl göstərir, həm də hər bir paltarla yaraşır".

"Discovery Azerbaijan" jurnalının əməkdaşı Nərmin Nöqtə: "Trendi izləyəndə geyim tərzim çox gülməli alınır. Ona görə özümü rahat hiss edəcəyim paltarlar geyinirəm. Yəni məninmki ancaq donlardır. Hansısa tərzim, yaxud rəng duyumum yoxdur. Bilmirəm ki, nəyi nəylə uyğunlaşdırım. Əlimə nə keçsə, geyinirəm. Dəqiq bilirəm ki, vitrində rəngbərəng, güllü-çiçəkli don görsəm, o, əynimdə olmalıdır".

Zümrüd
Qaynarinfo.Az