Xəbər lenti

Tanınmış həkimin anası koronavirusdan vəfat etdi
Ölkə18:08 27.12.2021

Tanınmış həkimin anası koronavirusdan vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış həkim uroloq  cərrah Vasif İsmayila ağır itki üz verib.
Qaynarinfo xəbər verir ki həkimin anası vəfat edib. Vasif İsmayil bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Əziz anam Hafizə xanımı bir az əvvəl itirdik. Qırx gün koronavirus bəlasının fəsadları ilə mübarizə apardı. 
Buraya qədərmiş. 
Anamın canı üçün əlləşən Dr. Araz bəyə, Mərkəzi Gömrük Hospitalının rəhbəri Dr. Elman bəy, bütün Gömrük hospitalı əməkdaşlarına, dostlarıma minnətdarlığımı bildirir, haqqlarını halal etmələrini ərz edirəm. 
Mərhumun dəfni öz ad günündə, 69 illiyində (28.12.2021) Sumqayıt şəhəri məscidlərinin birində cənazə namazının qılınmasını sonrasında Sumqayıt şəhər məzarlığında olacaqdır. 
Mövcud epidemioloji vəziyyətə əsasən ancaq dəfn mərasimi olacaqdır. 
Cənazə namazı 28 Dekabr, 2021-ci ildə saat 13:00-da Sumqayıt, 6-cı mikrorayon, Şərq bazarı dairəsinin yanındakı məsciddə qıllnacaqdır".