
Tanınmış hüquqşünas Aslan İsmayılov oğlunun şərəfinə park saldırıb.
"Qaynarinfo"nun məlumatına görə, hüquqşünas oğlu Vaqifin toyu münasibətilə "Intourist" mehmanxanasının yuxarı hissəsində öz vəsaiti hesabına park salıb. Parka "Vaqif & Gülyaz" adını verən A.İsmayılov bu barədə hazırlanan videomaterialı öz sosial şəbəkə hesabında paylaşıb.
"Dəbdəbəli toylar edib 100 minlik bağışlayırlar, dəfn mərasimi keçirib külli miqdarda pullar xərcləyirlər. Hesab edirəm ki, Allaha və bəndəyə o iş xoş olar ki, bu tip mərasimlər yerinə parklar salınsın. Bunu Bakıda və ölkənin digər rayonlarında etmək olar. İnanıram ki, vətəndaşlarımız mənim bu təşəbbüsümü dəstəkləyəcək və biz gələcəkdə bu tip işlər həyata keçirəcəyik", - deyə A.İsmayılov bildirib.
Sözügedən videonu təqdim edirik:
Çingiz Səfərli
Qaynarinfo.Az