Xəbər lenti

Tanınmış ilahiyyatçıya ağır itki
Ölkə09:24 28.07.2019

Tanınmış ilahiyyatçıya ağır itki

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad rayonunda baş vermiş ölüm hadisəsinin bəzi təfərrüatları məlum olub.
Qaynarinfo Publika.az-a istinadən xəbər verir ki, Cəlilabad şəhərində yerləşən və "İran bazarı" adı ilə tanınan ticarət mərkəzində bədbəxt hadisə nəticəsində vəfat edən 21 yaşlı Murtəza Məmmədov rayonun tanınmış ilahiyyatçılarından olan Həsən Məmmədovun oğludur. 
Bir neçə il əvvəl qanunsuz aksiya zamanı həbs edilən və daha sonra azadlığa buraxılan ilahiyyatçının oğlu bazarın damında təmir işinə kömək edərkən ehtiyatsızlıq nəticəsində elektrik naqilinə toxunub. 21 yaşlı oğlan hadisə yerində vəfat edib.