
Tanınmış telejurnalist, İTV-nin keçmiş departament rəhbəri Anar Yusifoğlu son günlər Türkiyədə 3 dəfə cərrahiyyə əməliyyatı keçirib.
AzNews.az əməkdaşı ilə söhbətində bu barədə danışan A.Yusifoğlu bildirib ki, hər iki gözündə ağır cərrahiyyə əməliyyatı aparılıb. Sonuncu, yəni 4-cü əməliyyat isə bu gün aparılacaq. Uzun müddətdir keratakonusdan əziyyət çəkən telejurnalistin ilk əməliyyatı yanvarın 28-də İstanbuldakı Alman Xəstəxanasında olub.
Əməliyyatların uğurla keçdiyini və sonuncu əməliyyata da hazır olduğunu deyən A.Yusifoğlu tezliklə müalicə kursunu da başa vurub Azərbaycana qayıdacağını bildirib.
Qaynar.info