Xəbər lenti

Tanınmış jurnalist nazirlikdəki vəzifəsindən azad olundu
Ölkə07:55 29.07.2020

Tanınmış jurnalist nazirlikdəki vəzifəsindən azad olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsində ictimaiyyətlə əlaqələr sektorunun müdiri tanınmış jurnalist Səfurə Çərkəzqızı vəzifəsindən azad olunub.
Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, bu barədə S.Çərkəzqızı özü bildirib. Jurnalist hazırda işsizdir.
Qeyd edək ki, Səfurə Çərkəzqızı 1997-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 90-cı illərdən jurnalist kimi fəaliyyətə başlayıb. "P.S. Gənclik”, "7 Gün”, "Rezonans”, "Həftə içi” qəzetlərində, "Lider”, ARB televiziyalarında çalışıb.
Nazirlikdəki təyinatdan öncə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində məsləhətçi kimi işləyib. O, jurnalistika ilə yanaşı, bədii yaradıcılıqla da məşğuldur. "And olsun atlara!” və "Sevdalılar” adlı kitabların müəllifidir. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.