Tanınmış jurnalist Cəmaləddin Quliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində vəzifəyə təyin olunub.
Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, C.Quliyev Dövlət Komitəsində sektor müdiri vəzifəsinə təyinat alıb.
C.Quliyev əvvəllər "Paritet" qəzetinin baş redaktoru, Prezident Administrasiyasında İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.
Cəmaləddin Quliyev son vaxtlar İran, Türkiyə, Şimali Afrika, Orta Şərqlə bağlı KİV üçün çoxsaylı analitik yazı və şərhlə diqqəti cəlb edirdi.
Şərhlər