Əvəz Qurbanlı Fövqəladə Hallar Nazirliyinin "Zığ” Modul Tipli Hospitalına yerləşdirilib.
Bu barədə Qaynarinfo-ya özü məlumat verib.
O bildirib ki, hazırda müayinə edilir:
"Analizlər götürülüb. Müayinələrin cavabını gözləyirlər, çətinliklə danışıram”.
10:03
Tanınmış satirik şair, jurnalist Əvəz Qurbanlının səhhəti ağırlaşıb.
Bu barədə Qaynarinfo-ya özü məlumat verib. O bildirib ki, hazırda xəstəxanaya aparılır.
Əvəz Qurbanlı modul tipli xəstəxanaya yerləşdiriləcəyini güman edir.
Qeyd edək ki, bundan bir az əvvəl jurnalist bunları yazmışdı:
"10 gündən artıqdır temperaturum 39-40 arasında dəyişir. Sağlıq durumum həyatımda heç olmadığı qədər kritikdir. Bu günə qədər bu barədə kimsəyə bildirmədim. Düşündüm ki, keçib gedər. Amma keçmədi. Bu gün təcili yardım gəlib xəstəxanaya yerləşdirməlidir. Heç kəsdən bir gözləntim yoxdur. Yalnız səmimi dualarınıza ehtiyacım var”.
Əvəz
Qurbanlı şairliyi və jurnalist fəaliyyəti ilə bərabər ictimai fəaliyyəti ilə də
tanınıb. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinə
keçirilmiş seçkilərdə deputatlığa namizədliyi irəli sürülüb. 2015-ci ilin iyul
ayında Azərbaycan Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif
edilib.
Əvəz
Qurbanlı hazırda işsizdir, kirayədə yaşayır, ailəlidir, iki övladı var.
Bahar Rüstəmli
