Xəbər lenti

Tanınmış kinooperator dünyasını dəyişdi
Ölkə07:12 31.05.2013

Tanınmış kinooperator dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan kinosunun tanınmış quruluşçu operatoru Fikrət Əsgərov dünyasını dəyişib.

APA-nın məlumatına görə, F.Əsgərov bu gün 70 yaşında ürək tutmasından vəfat edib. 

Qeyd edək ki, F.Əsgərov 1943-cü ildə Gəncə şəhərində doğulub. 1959-cu ildən "Azərbaycanfilm" kinostudiyasıda işləyib. Mərhum F.Əsgərov Azərbaycan kino tarixində "Qaynana", "Yük", "Bizi bağışlayın", “Toy”, “Kişi sözü” kimi filmlərin quruluşçu operatoru olub.

Qaynar.info