Xəbər lenti

Meyxanaçı Vüqar Biləcəri dəfn olundu (YENİLƏNİB)
Ölkə10:31 29.08.2020

Meyxanaçı Vüqar Biləcəri dəfn olundu (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Meyxanaçı Vüqar Biləcəri son mənzilə yola salınıb.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, mərhum Hökməli qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Qeyd edək ki, Vüqar Biləcərinin nəşi vida mərasiminin Biləcəri qəsəbəsindəki evində keçirilib. Mərasimdə mərhumun ailə üzvləri ilə yanaşı, çox sayda pərəstişkarları da iştirak edib.
Qeyd edək ki, V.Biləcəri uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2014-cü ildə "De gəlsin” meyxana yarışmasında iştirakı ilə tanınmışdı.
10.05
Azərbaycanda tanınmış meyxana ustalarından olan Vüqar Biləcərli həyatını itirib. 
BAKU.WS-ə daxil olan məlumata görə, 33 yaşlı gənc şair uzun sürən xəstəlikdən sonra vəfat edib. 
O, yaşadığı Biləcəri qəsəbəsindəki qəbristanlığında dəfn olunacaq. 
Allah rəhmət eləsin!