Xəbər lenti

Tanınmış meyxanaçının səhhəti necədir? - Xəstəxanadan evə buraxıldı
Ölkə09:41 16.09.2024

Tanınmış meyxanaçının səhhəti necədir? - Xəstəxanadan evə buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhhəti pisləşdiyi üçün "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilən meyxanaçı Xəyyam Əhmədli evə buraxılıb. Amma vəziyyəti ağır olaraq qalır.
Bunu Yenicag.az-a açıqlamasında sənətçi özü deyib:
"Xəstəxanadan çıxarıb evə gətiriblər. Amma vəziyyətim yaxşı deyil. Səhhətimdə irəliləyiş yoxdur. Güclə danışıram, yataq rejimindəyəm. Dava-dərman olunur, amma müalicənin xeyri yoxdur. Əməliyyat üçün də taqətim yoxdur".