
Həyatının məqsədi cizgi film obrazı Cessika Rebbitə bənzəmək olan 26 yaşlı model Piksi Foksun yeni bir əməliyyat etdirmək üçün Türkiyəyə gəldiyini xəbər vermişdik.
Publika.az bildirir ki, gənc model türkiyəli jurnalistə müsahibə verib.
O, əsas arzusunun bədənini sənət əsərinə çevirmək olduğunu deyib: “Psixologiyamın normal olduğuna inanıram. Daha öncə başqa işlərdə işləmişəm. Amma alınmayıb. İndi bədənimi sənət əsərinə çevirirəm. Bu sənət əsərini dünyanın bir çox ölkəsində nümayiş etdirərək pul qazanıram”.
Piksi əməliyyat etdirməkdən qorxmadığını, əksinə zövq aldığını deyib: “Bu, mənim üçün böyük həyəcan deməkdir. Məsələn, hansısa istirahət mərkəzinə getməklə əməliyyat etdirmək arasında seçim etməli olsam, ikincini seçərəm. Əməliyyat masasına uzanmaq məni xoşbəxt edir. Ölməkdən qorxmuram”.
Hazırda bədəninə uyğun geyim tapmaqda çətinlik çəkdiyini deyən Piksi özü kimi estetik əməliyyatları sevən sevgili axtardığını etiraf edib: “Botoks etdirən və üz dərisi qüsursuz olan bir adamla tanış olmaq istəyərdim”.
Xatırladaq ki, Piksi bu günə kimi 17 əməliyyat keçirib. Bu əməliyyatlara ümumilikdə, 145 min dollar xərcləyib.
Qaynarinfo.az






