Foto 15:10 06.12.2022

Tanınmış prodüserin həyat yoldaşı saxlanıldı - Hədə-qorxu ilə pul tələb edirmiş (FOTO)

Xəbər verdiyimiz kimi Bakıda hədə qorxu ilə pul tələb edən şəxs Rasim Həsənov saxlanılıb.

Qaynarinfo xəbər verir ki, saxlanılan şəxs Rasim Həsənov tanınmış prodüser Təranə Səmədovanın həyat yoldaşıdır. Bu barədə Səmədova özü instaqram səhifəsində paylaşım edib.

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində instaqramda tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun "Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib. R.Həsənov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib.