Xəbər lenti

Tanınmış rejissor Elşad Abdullayevin işi ilə bağlı istintaqa çağırıldı
Ölkə09:11 14.03.2013

Tanınmış rejissor Elşad Abdullayevin işi ilə bağlı istintaqa çağırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın tanınmış rejissoru Mərahim Fərzəlibəyov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin işi ilə bağlı istintaqa çağırılması barədə xəbərləri təsdiqləyib.

Mərahim Fərzəlibəyov APA-ya açıqlamasında deyib ki, bir müddət əvvəl Bakı Şəhər Prokurorluğundan ona zəng edərək Elşad Abdullayevlə aralarında telefon danışığının olub-olmadığını soruşublar: “Mən də dedim ki, Elşadla telefon söhbətimiz olub. Qızım Azərbaycan Beynəlxalq Universitetində oxuyurdu. Elşad Abdullayevlə telefon söhbətimiz də bununla bağlı olub. Sonradan ödəniş edə bilmədiyim üçün qızım universitetdən xaric edilib. Sonradan istintaqdan mənə dedilər ki, prokurorluğa gəlib dediklərimi təsdiqləməliyəm. Mən də prokurorluğa gedərək Elşad Abdullayevlə telefon söhbəti barədə dediklərimi təsdiqlədim”.

Qeyd edək ki, rejissor Mərahim Fərzəlibəyovun istintaqa çağırılması barədə “Azadlıq” qəzeti məlumat yayıb. 

Qaynar.info