Xəbər lenti

Tanınmış restoratorun adından dələduzluq - Mahir Əhmədzadənin adı ilə insanlardan pul istənilir
Ölkə08:36 21.08.2023

Tanınmış restoratorun adından dələduzluq - Mahir Əhmədzadənin adı ilə insanlardan pul istənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış restorator Mahir Əhmədzadənin adından istifadə olunur. 
Qaynarinfo xəbər verir ki, naməlum şəxs(lər) Mahir Əhmədzadə ilə tanışlığı olan insanlara "WhatsApp”la mesaj yazaraq onlardan pul istəyir. 
Mahir Əhmədzadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, artıq iki tanışına belə bir mesaj yazıblar: "Bu adamlar kimdirsə, çox məharətli, eyni zamanda məlumatlı dələduzlardır. Mesajları xarici nömrələrlə yazırlar. Yaxşı ki, həmin tanışlarım yazışmanın "skreenshot”unu mənə atıblar. Yoxsa baş verənlərdən xəbərim olmayacaqdı. Tanışlarıma polisə müraciət etməyi məsləhət gördüm. Artıq müraciət ediblər. Yəqin ki, qısa müddət ərzində həmin dələduz(lar) tapılacaq".
Restorator əlavə edib ki, özü də məsələni araşdırmağa başlayıb: "Məlum olub ki, mənim kimi bir neçə şəxs bu halla üzləşib. Belə aydın olur ki, bu dələduz qrup tanınmış adamların ətrafını müəyyənləşdirir, onların nömrələrini öyrənir və sonra hərəkətə keçirlər. Proses göstərir ki, bu hal artan xətlə inkişaf edir. İnsanlar diqqətli olmalıdır".
Seyid