
Keçən ayın ortalarında - iyulun 14-də üzü maskalanmış 4 nəfərin silahlı basqınına hücumuna məruz qalmış tanınmış teleaparıcı İlham Mirzəyevin işi barədə Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.
ANS PRESS-in məlumatına görə, özü və ailəsi ölümlə hədələnən teleaparıcı Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna və Bakı şəhər Prokurorluğuna müraciət etdiyindən məlum hadisə aidiyyatı qurumları nəzarəti altındadır.
Özünün və ailəsinin təhlükə altında olduğunu başa düşən İlham Mirzəyev dərhal yaşadığı ərazidəki Nərimanov rayon Prokurorluğuna və Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etsə də, iş hadisənin baş verdiyi Yasamal Rayon Polis İdarəsinə göndərilib. İlham Mirzəyev şikayətində hücum edən şəxslərin silahlı olduğunu deyib. Teleaparıcı bununla yanaşı ölkə başçısına və dövlətin hüquq-mühafizə orqanlarına müraciət edərək özünün, həyat yoldaşının və iki azyaşlı uşağının təhlükəsizliyinin təmin edilməsini istəyib.