Xəbər lenti

“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirildi (FOTO)
Ölkə17:14 24.08.2022

“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyasının Alabino hərbi poliqonunda avqustun 24-də "Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tankçılarımız yarımfinal mərhələsində Qazaxıstan, Çin və Vyetnam komandaları ilə mübarizə aparıblar.
Mərhələnin nəticəsinə əsasən Çin, Qazaxıstan və Azərbaycan tankçıları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.