Xəbər lenti

Tankçımız 20 gün sonra komadan ayıldı (FOTO/VİDEO)
Ölkə11:01 09.12.2020

Tankçımız 20 gün sonra komadan ayıldı (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tankçı, MAXE Mamedov Samir Eldəniz oğlu 44 günlük Vətən müharibəmizdə qəhrəmanlıq nümayiş etdirən hərbçilərimizdən biridir.
Sabah.az xəbər verir ki, Samir 1993-cü ilin noyabrın 10-da Ağcabədi rayonunda anadan olub. Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərində gedən döyüşlər zamanı iki dəfə yaralanıb. Müharibənin ilk günlərində yaralandıqdan sonra xəstəxanaya yerləşdirilib. Xəstəxanada çox qalmaq istəmədiyini bildirən Samir, təkid edərək qısa müddətdə yenidən cəbhəyə qayıdıb. Bu dəfə isə onun idarə etdiyi tank minaya düşərək partlayıb.
Partlayışdan sonra 20 gün koma vəziyyətində qalan hərbçimiz bu günlərdə möcüzəvi şəkildə ayılıb. Hazırda Samirin müalicəsi Bakıda davam etdirilir.