Xəbər lenti

Tapança satan şəxs cinayət başında yaxalandı (FOTO/VİDEO)
Ölkə11:29 14.02.2022

Tapança satan şəxs cinayət başında yaxalandı (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, bölməyə paytaxt sakini, əvvəllər məhkum edilmiş Rüfət İbrahimovda silah olması və həmin silahı satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs odlu silahı satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən bir ədəd "TT” markalı atəş üçün yararlı tapança və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb. Rüfət İbrahimov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Rüfət İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/ACreQP9BGvM" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">