Xəbər lenti

Tarixdə bu gün: 18 dekabr
Ölkə05:33 18.12.2017

Tarixdə bu gün: 18 dekabr

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo vikipediya məlumatları əsasında tarixdə bu günün ən önəmli hadisələrini sizlərə təqdim edir:
Əhəmiyyətli hadisələr
1412 — Qaraqoyunlu hökmdarı Qara Yusif Kür çayı sahilindəki döyüşdə Şirvanşah I İbrahim və onun müttəfiqlərini məğlub edib.
1787 — Nyu-Cersi ABŞ-ın üçüncü ştatı kimi onun tərkibinə daxil olur.
1894 — Avstriyada qadınlar seçki hüququ əldə edib
1903 — Panama kanalı daimi olaraq ABŞ-ın nəzarəti altına keçir.
1910 — ABŞ Konqresi savadsız mühacirlərin ölkəyə gəlməsini qadağan edir.
1917 — Türkiyə və Sovet Rusiyası arasında Ərzincan müqaviləsi imzalanır.
1925 — Moskvada ÜİK(b)P-nin 14-cü qurultayı işə başlayır.
1940 — Hitler SSRİ-yə hücum barədə "Barbaros planı"nı təsdiq edir.
1946 — Beynəlxalq Valyuta Fondu (İMF) fəaliyyətə başlayır.
1953 — İlk rəngli televiziya yayımı həyata keçirilir.
1956 — Yaponiya BMT-yə üzv olub.
1969 — Böyük Britaniyada ölüm hökmü ləğv edili.
1970 — Katolik kilsəsinin müqavimətinə baxmayaraq, İtaliya hökuməti boşanmaya icazə verən qanunu qəbul edib.
1989 — Rumıniyada Nikolae Çauşesku rejiminə qarşı çıxışların etirazı amansızlıqla yatırılıb.
1997 — Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalayıb.
2003 — İran nüvə silahının yayılmaması haqqında Sazişin əlavə protokolunu imzalayıb.
Doğumlar 
1878 — İosif Stalin - SSRİ lideri.
1913 — Villi Brandt - Almaniya kansleri
1963 — Bred Pitt - amerikalı aktyor.
1980 — Kristina Agilera, müğənni.
Ölümlər 
1111 — imam Qəzali - İslam alimi
1406 — Çandarlı Əli Paşa — Osmanlı İmperiyasının vəziri.
1829 — Jan Batist Lamark - fransız bioloq
1980 — Aleksey Kosıgin - SSRİ Nazirlər Sovetinin Sədri (1964-1979)