Xəbər lenti

Tarixi gün: Bu gün torpaqlarımıza böyk qayıdışın əsası qoyuldu
Ölkə10:26 19.07.2022

Tarixi gün: Bu gün torpaqlarımıza böyk qayıdışın əsası qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün Azərbaycan tarixi üçün vacib günlərdən biridir. Çünki artıq böyk qayıdışın əsası qoyuldu”. 
Bunu Qaynarinfo-ya Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, ilk sakinlər Zəngilanın Ağalı kəndinə qayıdırlar:
"Bu, tarixi bir hadisədir. Ümumiyyətlə, böyük qayıdış üçün Prezident tərəfindən müəyyənləşdirilmiş həssas tapşırıqlardan biri də məhz öz ata-baba yurduna qayıdacaq vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi, işlə təmin olunmasıdır. Ona görə də Ağıllı Kəndlər inşa olunan zaman məhz həmin kəndlər və onların ətrafında xüsusən də həm aqrar, həm də emaledici müəssisələrin yaradılması əsas tapşırıqlardan biridir. Nəzərə alaq ki, Ağalı kəndində həm aqrar sektor, həm də kənd ətrafında kənd təsərrüfatının inkişafı üçün imkanlar genişdir. Üstəlik də emaledici müəssisə olaraq imkanlar var”.
Deputat hesab edir ki, bu baxımdan məhz həmin kəndə məskunlaşacaq vətəndaşlarımızın da məşğulluğu öncədən nəzərə alınıb:
"Bütövlükdə böyük qayıdış proqramının hədəflərinə uyğun olaraq reallaşan prosesdir. Bu konteksdən gözlənilir ki, Ağalı kəndində məskunlaşmış vətəndaşlarımız həm kənd təsərrüfatında, həm də emaledici sektorda fəaliyyət göstərə biləcəklər. Burada dövlət qurumları, sosial xidmətlər də var. Orada da vətəndaşlarımızın bir qisminin çalışacağı gözlənilir”.
Vüqar Bayramovun fikirincə, bütövlükdə, böyük qayıdış prosesində öz ata-baba yurduna qayıdan vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi prioritetdir:
"Və növbəti məskunlaşmada da bu, əsas prioritetlərdən biri olaraq qalacaq”.
Bahar Rüstəmli