Xəbər lenti

Tarixi-Nadir
Ölkə15:00 11.07.2013

Tarixi-Nadir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nadir şah oğlunun gözünü çıxardı.
Pənahəlini isə...
Şuşa yox idi o zaman.
Pənahəli Nadir şaha xəyanət etmişdi.
Kim gizlədirdi Pənahəlini?
Qarabağda yeni Mərkəzləşmə başlamışdı. Bir vaxtlar rus bu mərkəzə söykənib dirçələcəkdi.
Pənahəlinin arzusu Xan olmaq idi, rusun arzusu bu torpaqlara sahib olmaq.
Məlik Şahnazarın qızılı Pənahəlini ası etdi. Nadir şah "bu satqınlar" çevrəsində öldürüldü. Onun ölümü ilə bitdik.
Şuşa qalalaşdı, Pənahəli Xan oldu.
Rus istilasının ilk dayağı Xanlaşdıqdan sonra regionlaşdıq və bitirildik.
300 illik bir savaşın Mərkəzi Şuşadır.
Bu savaşı qazanmaq Azərbaycan olmaqdır.
Şuşa qalasında şəhid qardaşımın qanı var.
Qisas gələcək.
Nadir şahın vəsiyyətlərini bilmədik, Pyoturun vəsiyyətləri isə hələ də varislərinin yaşam qanunudur.
Xan olmaq sevdası hələ də başımızda.
 Xəyanətə görə Oğlunun gözünü çıxaracaq Nadir dərsinə ehtiyacımız var.
Olacaq.