Xəbər lenti

Tariximizin ayrılmaz hissəsi tolerantlıq - Bizi fərqli edən nədir?
Ölkə12:55 05.11.2021

Tariximizin ayrılmaz hissəsi tolerantlıq - Bizi fərqli edən nədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanmışdır)
Ölkəmizdə sadəcə bu gün deyil, qədimdən bəri dini tolerantlığın hökm sürdüyü danılmaz faktdır. Cəmiyyətimizin hər bir fərdi bu tolerantlığın dini dəyərlərə verdiyi önəmdən istifadə edə bilib. Dini dəyərlərə verilən önəm, sayğı ölkəmizin də dünyada nüfuzunun güclənməsinə, onun üçün yeni qapılar açılmasına böyük zəmin yaradıb. 
Milli zəmində də tarixən eyni tolerantlıq olub. Erməniləri çıxmaqla başqa heç bir xalqla, etnik azlıqla münaqişəmiz olmayıb. Bu da hamıya məlumdur ki, ya öz iradəsi, ya kiminsə təhrikiylə münaqişəni törədən də biz yox, onlar olub. Hətta o qədər qanları, zaman-zaman olanları unudub yenə onlara ürək qızdırmışıq. Bu milli xüsusiyyətimizin əsasında nə dayanır?
Dini tolerantlıq - tariximizin ayrılmaz hissəsidir
Məsələ ilə bağlı Qaynarinfo ilə fikirlərini bölüşən sosioloq Sahib Altay qeyd edib ki, hər bir xalqın özünə məxsus milli xüsusiyyətləri olduğunu xatırladıb:
"Azərbaycan xalqının da əsrlərdən gələn canına, qanına hopan milli dəyərləri onu hər zaman bir addım öndə tutub. Vətəninə, elinə, obasına bağlılıq, insanlarla sayğı, yardım, həmrəylik, birlik xalqımızın milli dəyərləri, zənginliyi olub.
Sosioloq Sahib Altay bildirirb ki, Azərbaycan həm coğrafi ad, həm də bu coğrafiyada respublikaçılıq dönəmindən etibarən formalaşmış dövlət adıdır. Bu ölkədə yaşayan bütün fərqli etnikləri və inanc sahiblərini bir adla adlandırılır - "Azərbaycanlı".
Azərbaycan coğrafiyası tarix boyu həm yeraltı, yerüstü sərvətləri, həm də ümumi Qafqaz coğrafiyasında mühim strateji mövqeyə sahib olduğuna görə daim yadellilərin işğallarına məruz qalıb. Burada tarixən kompakt məskunlaşmış müxtəlif etniklərin də, inanc sahiblərinin də ali missiyası bu mədəni müxtəlifliyi yaşatmaq və gələcəyə ötürmək olub. Həm bioloji, həm də sosial varlığı qorumaq məqsədi Azərbaycanda yaşayan bütün etnik mənsubiyyətə malik əhalini bir cəbhədə birləşdirib. Etnik tolerantlığın əsas qaynağı da buradan gəlir - var olmaq uğrunda yaranan sosial birlikdən. Və bu sosial birlik həm də etnik müxtəlifliyi bir cəbhədə birləşdirməklə yanaşı, onların sahib olduqları inanc müxtəlifliyinə də qarşı bir-birinə qarşı tolerantlıq aktını gerçəkləşdirib.
Sosiaoloq bildirib ki, bu coğrafiyada məskunlaşmış etniklərin milli mənəvi dəyərləri və inancları arasında oxşarlıq var. Buna misal olaraq, yüksək xeyirxahlığı, qonaqpərvərliyi, dinindən asılı olmayaraq, eyni Tanrıya itaəti, igidliyi, cəsurluğu və s. görə bilərik:
"Bu birliyi bir il öncəki Vətən müharibəsində də gördük. Etnik kimliyindən, inancından asılı olmayaraq hamı bir nəfər kimi cəbhədə "Azərbaycanlı" milli kimliyiylə döyüşürdü. Cəbhədə həlak olan hər bir igid müsəlman, xristian, yəhudi olmasından asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhid, hər bir qazi də bu yolda fədakarlıq göstərmiş qəhrəmandır”.
Bu tolerantlığı mütləq mənada müsbət məziyyətr hesab etmək olarmı? Bunun heç bir mənfi tərəfəi yoxdurmu?
Tolerantlıq - eyni cəbhədə birləşmək zərurətindən yaranmış ixtira
"Bu tolerantlıq mütləq bir məziyyətdir. Bütün məziyyətlər də zərurətdən doğur. Tolerantlıqda azərbaycanlıların bioloji və sosial varlığını eyni cəbhədə birləşmək zərurətindən yaranmış ixtiradır.
İnsan təbiətdəki digər canlılardan fərqli olaraq, bioloji olmaqla yanaşı, sosial canlıdır. Təbiətdə bütün növ canlılığın ali missiyası və məqsədi nəsil artırmaq, həyatda qalmaq və öz varlığını gələcəyə ötürməkdir. İnsan da bu missiyanı həm bioloji, həm də sosial, mənəvi, mədəni baxımdan yerinə yetirir”.
Sosioloq qeyd edib ki, tolerantlıq mədəniyyət hadisəsidir. Ancaq mədəniyyətin də formalaşması, inkişafı və nəsildən-nəslə ötürülməsi üçün coğrafi amil önəmlidir.
Günay İlqarqızı
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.