Xəbər lenti

“Tarqovı”da külək binanın eyvanını uçurdu - Xəsarət alanlar var
Ölkə06:39 11.11.2021

“Tarqovı”da külək binanın eyvanını uçurdu - Xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxt ərazisində güclü külək səbəbindən 4 nəfər Kliniki Tibbi Mərkəzə (Semaşko) müraciət edib. 
Bu barədə Qaynarinfo-ya Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyib. O bildirib ki, Bakıda Salatın Əsgərova küçəsi 189-da yerləşən binaların birində şüşə qırıntıları iki nəfərin üzərinə düşüb. Nəticədə Əşrəfov Toğrul Əlvida  və Soltanov Sadiq İslam oğlu xəsarət alıb.
Bundan başqa, Nizami küçəsində (Tarqovı) binanın eyvanının uçması nəticəsində Şıxalıyevə Diyana Xəyal qızı alın nayihəsindən xəsarət alıb və xəstəxanaya gətirilib. Hər üç xəstə ötən axşam Kliniki Tibbi Mərkəzə müraciət edib və tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Elnur Hidayətoğlu onu da deyib ki, Yasam rayonu Seyidov küçəsində İsayeva Pərvanə Əhməd qızının üzərinə ağac aşıb. O, ayağından aldığı ağır xəsarət nəticəsində Kliniki Tibbi Mərkəzə gətirilib. Xanıma ilkin tibbi yardım göstərilib. Yaxınlarının istəyi ilə başqa xəstəxanaya köçürülüb.
Əhməd