Foto 23:16 28.11.2022

Tatarıstan Prezidenti Azərbaycanda səfərdədir (FOTO)

Tatarıstan Prezidenti Rüstəm Minnixanov Bakıya gəlib.

O, Azərbaycanın paytaxtında Tatarıstan-Azərbaycan biznes forumunda iştirak edəcək.

Minnixanovun sənaye müəssisələrinin rəhbərlərindən, kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələrindən ibarət böyük nümayəndə heyəti ilə ölkəmizə təşrif buyurduğu bildirilib.

Tatarıstan prezidenti artıq Bakıda Azərbaycanın tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb.

"Tatarıstan və Azərbaycan tarixən isti dostluq münasibətlərinə malikdir. Burada yaşayan soydaşlarımız isə dilin, adət-ənənələrimizin, mədəniyyətimizin qorunub saxlanmasına böyük töhfələr verirlər”, - deyə Minnixanov görüş zamanı bəyan edib.

Onu da xatırladaq ki, bu günlərdə Qabdulla Kariyev adına Kazan Tatar Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda qastrol səfərindədir. Bundan əlavə, Bakıda Volqaboyu Bulqarıstanın İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunmuş sərgi keçirilir.