Siyasət 10:36 17.06.2023

Tatarıstan rəhbəri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə rəsmi səfərə gəldi  (FOTO)

Rusiyanın Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov iyunun 17-də Azərbaycana səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, Zəngilan Beynəlxalq Hava Limanında R.Minnixanovu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Pülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.