Dünya 14:19 05.08.2022

Taylandda gecə klubunda yanğın 13 nəfərin həyatına son qoydu (VİDEO)

Taylandda gecə klubunda baş verən yanğında 13 nəfər ölüb, 40 nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, hadisə ölkənin şərqindəki Çonburi əyalətində baş verib. İlkin məlumatlara görə, onların arasında xarici vətəndaşlar yoxdur.

Hadisənin səbəbləri barədə məlumat verilməsə də, şahidlərin dediyinə görə, DJ-nin konsolunun yanında iki partlama baş verib, bundan sonra qığılcımlar izolyasiya köpüyünə dəyib və yanğın sürətlə bütün binaya yayılıb.

Polis polkovniki Vuttiponq Somjay bildirib ki, yanğın cümə günü səhər saat 1:00-da Mountain B klubunda başlayıb.
 
Alpər