Xəbər lenti

Tbilisidə azərbaycanlılarla kürdlər arasında kütləvi dava: Ölən və yaralananlar var (YENİLƏNİB)
Ölkə11:19 23.05.2021

Tbilisidə azərbaycanlılarla kürdlər arasında kütləvi dava: Ölən və yaralananlar var (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tbilisidə azərbaycanlının qətlə yetirilməsi ilə bağlı bir nəfər saxlanılıb.
"Report”un yerli bürosu xəbər verir ki, həmin şəxs törədilən cinayət barədə məlumat verməməkdə təqsirli bilinir.
Gürcüstanın Daxili İşlər Nazirliyində hadisə zamanı daha 3 nəfərin xəsarət alması faktını təsdiqləyiblər.
İnsidentlə bağlı istintaqın davam etdirildiyi qeyd olunub.
Qeyd edək ki, ötən gecə Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda yerli gənclər arasında dava baş verib. Köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib, daha 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib, onların vəziyyətinin ağır olduğu bildirilir.
13.50
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib.
"Report”un yerli bürosunun məlumatına görə, köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.
Hadisə zamanı bir neçə azərbaycanlı gənc soyuq silahla xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. Yaralıların vəziyyəti ağırdır.
Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub.
Hadisənin digər detalları hələ məlum deyil.