Xəbər lenti

Ölkə 12:58 26.09.2023

TDT kənd təsərrüfatı nazirləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib (FOTO)

Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı nazirlərinin II toplantısının iştirakçıları Fəxri xiyaban, Şəhidlər xiyabanı və "Türk Şəhidliyi"ni ziyarət ediblər.

Qaynarinfo xəbər verir ki, əvvəlcə qonaqlar Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı qarşısına əklil qoyublar.

Daha sonra Bakıdakı "Türk Şəhidliyi" abidəsi və Şəhidlər xiyabanında şəhidlərin məzarı üzərinə güllər düzülüb və "Əbədi məşəl" abidəsinin qarşısına əklil qoyulub.

Qeyd edək ki, ziyarətçilər arasında Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Şimali Kiprin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner də yer alıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->