Xəbər lenti

TƏBİB: "Bakıda sexdəki yanğında xəsarət alanların 9-nun vəziyyəti ağırdır"
Ölkə08:21 19.01.2024

TƏBİB: "Bakıda sexdəki yanğında xəsarət alanların 9-nun vəziyyəti ağırdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.
Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir, 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, hadisə nəticəsində 9 nəfərin meyiti dağıntılar altından çıxarılıb, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.