Xəbər lenti

TƏBİB-dən bərbad vəziyyətdə olan İmişli poliklinikası ilə bağlı açıqlama (FOTO)
Ölkə14:44 16.05.2020

TƏBİB-dən bərbad vəziyyətdə olan İmişli poliklinikası ilə bağlı açıqlama (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkədə İmişli Rayon Poliklinikasından fotolar paylaşılıb. 
Paylaşımlarda poliklinikanın vəziyyətinin bərbad olduğu iddia edilib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Aza açıqlama verib. 
O bildirib ki, TƏBİB sözügedən tibb müəssisəsi ilə bağlı hazırda heç bir tədbir görə bilməz:
"Bu və digər bənzər vəziyyətdə olan tibb müəssisələrindəki vəziyyətdən xəbərdarıq. Hazırda bu müəssislərlə bağlı hər hansı tədbir görmək mümkün deyil. Yanvardan başlayaraq, respublika ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin TƏBİB-ə təhvil-təslim prosesi aparılırdı. 
Pandemiya dövrü ilə əlaqədar bu proses yarımçıq qalıb. Lakin təhvil-təslim prosesi bitdikdən sonra bu vəziyyətdə olan tibb müəssisələri barədə müvafiq tədbirlərin görülməsinə başlanılacaq. 
Bu istiqamətdə hazırlanan layihələr də müvəqqəti olaraq dayandırılıb. Proseslər yekunlaşdıqdan və layihələr təsdiq edildikdən sonra icrasına başlanılacaq. Məhz bu səbəblərdən TƏBİB hazırda bu vəziyyətdə olan tibb müəssisələrində heç bir iş görə bilməz”.