Bakıda gecə klubunda baş vermiş partlayış nəticəsində tibb müəssisələrinə 37-yə yaxın xəsarət almış şəxs daxil olub.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.
"Hadisə baş verən əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar tibb müəssisələrinə yerləşdirilib. Stasionar müalicə alan 23 nəfərdir, 7 nəfərin vəziyyəti ağırdır, üç nəfərin vəziyyəti isə kritik ağırdır, iki nəfər evə buraxılıb", - o qeyd edib.
Sədr əlavə edib ki, xəsarət alan şəxslər Respublika Klinik xəstəxanası, Nərimanov, Sabunçu xəstəxanalarına yerləşdirilib. Yanıq mərkəzinə olan müraciətlər daha çoxdur. Bəzi şəxslərdə travmatoloji xəsarətlər də var.//APA