Xəbər lenti

TƏBİB rəsmisi: Vəziyyət nəzarətdən çıxa bilər
Ölkə15:52 12.06.2020

TƏBİB rəsmisi: Vəziyyət nəzarətdən çıxa bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bəzi insanlar xəstəliyi gizlədərək, öz evlərində müalicə alırlar”
Qaynarinfo xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
O qeyd edib ki, bu hallar yoluxmanın qarşısının alınması istiqamətində görülən tədbirlərin nəticələrinə də təsir edir:
"İnsanlardan xahiş edirik ki, koronavirusa yoluxmalarını gizlətməsinlər. Hazırda vəziyyət nəzarət altındadır. Lakin qaydalara əməl olunmasa, vəziyyət nəzarətdən çıxa bilər. Bu isə arzuolunan hal deyil”.