Xəbər lenti

TƏBİB sədri: "Bu vaksin inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir"
Ölkə11:37 15.12.2020

TƏBİB sədri: "Bu vaksin inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Pekində yerləşən "Sinovac Biotech” şirkətinin COVID-19 peyvəndi - "CoronaVac" inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir”.
Qaynarinfo xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 
O bildirib ki, inaktiv üsulla hazırlanan vaksinlərlə biz uzun müddət peyvənd olunmuşuq: "Uzunmüddətli nəticələrlə bağlı məlumatlar da var. Təhlükəsizliyinə daha çox güvəndyimiz inaktiv üsulla hazırlanan vaksinlər bu gün çox geniş istifadə olunur. Qrip vaksinləri, quduzluq əleyhinə, hepatit əleyhinə vaksinlər”.