Xəbər lenti

TƏBİB: Xalq artisti Ənvər Həsənovun daxili qanaxmasının olması xəbəri həqiqəti əks etdirmir
Ölkə18:15 30.08.2022

TƏBİB: Xalq artisti Ənvər Həsənovun daxili qanaxmasının olması xəbəri həqiqəti əks etdirmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Ənvər Həsənov 28.08.2022-ci il tarixində  bronxopnevmaniya diaqnozu ilə Xəzər Tibb Mərkəzində stasionar müalicəyə qəbul edilib. 
Bu barədə TƏBİB məkumat yayıb.
Bildirilib ki, xalq artistinə mümkün ilkin müayinələr göstərilib və nəzarətə götürülüb. Eyni zamanda, müayinələrin növbəti gedişatının müəyyən edilməsi məqsədilə "Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilməsi planlaşdırılıb. Ə.Həsənovun özəl xəstəxanalardan birinə köçürülməsi üçün ondan COVID-19-la bağlı test götürülüb və nəticəsinə uyğun olaraq qərar veriləcək.
Qeyd edək ki, xalq artisti həmçinin uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir.