Xəbər lenti

Təbrizdə on minlərlə azərbaycanlı küçələrə axışdı (FOTOLAR)
Ölkə06:25 27.02.2013

Təbrizdə on minlərlə azərbaycanlı küçələrə axışdı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təbrizin “Traktor” futbol komandasının Asiya Çempionlar Liqasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əlcəzirə" komandasını 3:1 hesabı ilə məğlub etməsi əhali tərəfindən böyük coşqu ilə qeyd  edilib.

Təbrizdə yaşayan soydaşlarmızdan APA-ya daxil olan məlumata görə, oyun yerli vaxtla saat 17:00-da Təbrizin “Səhənd” stadionunda keçirilib. 72 min nəfərlik stadionda 100 mindən çox azarkeşin olduğu bildirilir. “Traktor” tərəfdarları 90 dəqiqə boyunca  “Yaşasın Azərbaycan!”, Azərbaycan var olsun istəməyən kor olsun!”, “Türk dilində mədrəsə!” şüarları səsləndirib, ingilis dilində  “South Azerbaijan is not Iran!” pankartı qaldırıblar. Stadiona gedə bilməyən azarkeşlər bazarlarda, dükan və emalatxanalarda oyunu televizordan izləyiblər. “Traktor”un qələbəsi ilə sona çatan oyun bitən kimi 10 minlərlə azərbaycanlı tərəfdar küçələrə axışaraq, Azərbaycan xalq mahnıları sədası altında rəqs ediblər. Hətta avtomobil yollarında nəqliyyat dayandırılıb, Təbriz küçələri “Traktor” bayraqları ilə bəzəbilib.

Qaynar.info