Dünya 17:01 27.09.2022

Təbrizdə tələbələr tətil elan etdi

İranda sentyabrın 13-dən başlanan etiraz aksiyalarında xeyli sayda tələbə həbs edilib. 

Qaynarinfo xəbər verir ki, buna etiraz olaraq Təbriz Universitetinin tələbələri tətil elan ediblər. İrandakı mənbələr məlumat verir ki, tələbələr iki gündür universitetin həyətinə tolaşaraq, dərslərə qatılmır. Onlar həbs edilən tələbələrin azad olunmasını istəyirlər. 

Məlumatlara görə, İrandakə aksiyalarda Təbriz Universiteti, Əmirkəbir Universiteti, Damqan Universiteti, Əl-Zəhra Universiteti, Tehran Tibb Elmləri Elmləri Universiteti və digər nüfuzlu ali təhsil ocaqlarının tələbələri aksiyalara qoşulub. 

Tələbələr həbs edilənlər azadlığa buraxılmayana qədər dərsləri boykot edəcəklərini bəyan ediblər.

Seyid