Xəbər lenti

Technolun sponsorluğu ilə Bakıda Şahmat Turniri keçiriləcək
Ölkə14:04 22.09.2017

Technolun sponsorluğu ilə Bakıda Şahmat Turniri keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

23 Sentyabr 2017-ci il tarixində Bakıda Beynəlxalq “Yay festivalı 2017” şahmat turniri başlayır. 9 gün davam edəcək Turnirdə ümumilikdə 200-ə yaxın şahmatçı mübarizə aparacaq. 

Turnir 4 kataeqroiya üzrə keçiriləcək və turnirin mükafat məbləği 3000 AZN təşkil edir. Turnir Respublika Şahmat mərkəzində keçiriləcək. 

Turnirin təşkilatçısı Ağ Top şahmat klubudur. 

Qeyd edək ki, Turnirin baş sponsoru Technol şirkətidir. Technol-dan Report-a bildirilib ki, bu kimi tədbirlərə sponsor olmaq yerli şirkət olaraq bizim üçün çox önəmlidir: “Ölkəmizdə bu kimi intellektual yarışların keçirilməsi hamı üçün sevindirici haldır. Şirkət olaraq da biz hər zaman bu kimi tədbirlərə dəstək olmağa hazırıq”.

Qaynarinfo.Az