Xəbər lenti

Təcili tibbi yardım pullu olmalıdır? - Açıqlama
Ölkə12:31 06.09.2016

Təcili tibbi yardım pullu olmalıdır? - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhəri təcili və təxirəsalınmaz yardım stansiyasının baş həkimi Rauf Nağıyevin mətbuata açıqlamasında bildirib ki, təcili yardım xidməti pullu olmalıdır. 

Baş həkim yalançı və gərəksiz təcili yardıma üz tutan vətəndaşların qarşısını almaq üçün çağırışların pullu olmasını çıxış yolu kimi hesab edir: “İndi bir nəfərə  təcili tibbi yardımın göstərilməsi 100-140 manata başa gəlir. Ona görə də hesab edirik ki,  bizə aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir.”

Məsələ ilə bağlı Qaynarinfo.Az-a münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla təcili yardımın icbari tibbi sığortanın baza elementi kimi pulsuz xidmət olduğunu açıqladı:

"Təcili və təxirəsalınmaz tibbi yardım əhalinin həmişə ehtiyacı olan xidmətdir və sovet dönəmində də dövlət himayəsində olub. Bu gün Azərbaycanda əgər icbari tibb sığortası paketini tətbiq etməmişiksə, deməli,  bu xidmət dövlətin çiynində olmalıdır. Sadəcə olaraq, təcili və təxirəsalınmaz tibbi yardımın yaxşılaşdırılması, həkimlərin peşəkarlığının artırılması, maddi-texniki bazanın yüksəldilməsi məqsədi ilə maliyyə ayırmalarını, subsidiyaları artırmaq lazımdır. Amma təcili və təxirəsalınmaz tibbi  yardımın pullu olması düzgün deyil. Düzdür, bəzən yalançı və gərəksiz təcili çağırışlar olur. Hesab edirəm ki, doğuş və təxirəsalınmaz tibbi yardım icbari tibbi sığortanın baza elementi kimi pulsuz xidmət olmalıdır".

Pərvin Zeynal

Qaynarinfo.Az