Xəbər lenti

Təcili yardım avtomobili piyadanı vuraraq öldürdü
Ölkə07:18 04.09.2024

Təcili yardım avtomobili piyadanı vuraraq öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda təcili yardım avtomobili piyadanı vuraraq öldürüb.
Qaynarinfo xəbər verir ki, hadisə avqustun 29-u saat 12:30 radələrində baş verib. 
Təcili Tibbi Yardım Stansiyasının sürücüsü Sultan Sultanov yol vərəqəsi əsasında idarə etdiyi həmin stansiyaya məxsus "İveko” markalı avtomobillə Maştağa-Zabrat şosesi ilə hərəkətdə olarkən "Təkər Kredit” mağazasının qarşısında yolu sağdan sola keçən piyada, 1950-ci il təvəllüdlü Məlikov Şahverdi Ağaverdi oğlunu ehtiyatsızlıqdan vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Hadisə ilə bağlı ilk məlumatı Lent.az yayıb.