Xəbər lenti

Təcridxana rəisi niyə mükafatlandırıldı? - İDDİA
Ölkə20:51 13.07.2014

Təcridxana rəisi niyə mükafatlandırıldı? - İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gün öncə ədliyyə naziri Fikrət Məmmədov Penitensiar xidmətinin bir sıra əməkdaşlarını qəbul edərək onların müvafiq rəhbər vəzifələrə təyin olunmaları barədə əmr imzalayıb. 

Yeni vəzifəyə təyin olunmuş şəxslərdən biri də 3 saylı istintaq təcridxanasının rəisi Elnur İsmayılovdur.

Qaynar.info-ya daxil olan məlumata görə, ədliyyə mayoru Elnur İsmayılov iki ildir ki, 3 saylı İstintaq təcridxanasının rəisinin səlahiyyətlərini icra edib, yəni o, rəis əvəzi olub.

Onun rəis vəzifəsinə təyin olunmasının isə özəl səbəbləri olduğunu deyən mənbə iddia edir ki, sözgedən təcridxanada əvvəllər AXCP üzvü Daşqın Məliov çəza çəkib. Hazırda isə NİDA-çı Elsevər Mürsəliyev həmin təcridxanadadır. Hər iki şəxsdən əfv ərizəsinin alınmasında isə Elnur İsmayılovun "xüsusi xidməti" olub. Bundan sonra isə E.İsmayılov "mükafatlandırılaraq" rəis vəzifəsinə təyin edilib. 

Xatırladaq ki, hazırda həmin təcridxanada Müsavat başqanının müşaviri Yadigar Sadıqov və NİDA-çı Ömər Məmmədov cəza çəkir. 

Mövzu ilə bağlı adıçəkilən şəxsin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info