Xəbər lenti

Təcridxanada səsvermə
Ölkə10:14 09.10.2013

Təcridxanada səsvermə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Elçin Şirinov Daxili İşlər Nazirliyinin tabeliyində olan Yasamal, Nərimanov, Binəqədi və Abşeron rayon polis idarələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.
 
E. Behbudov APA-ya açıqlamasında bildirib ki, məntəqələrdə saxlanılan şəxslər səsvermədə iştirak etmək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürülüblər: “Lakin bu gün ərzində saxlanılan şəxslər var. Onların sayı o qədər də çox deyil. Hər məntəqədə bir ya iki nəfər var idi. Onlar üçün də qutu gətiriləcək və məntəqədə səs verəcəklər ”.


Qaynar.info